Azərbaycan daha bir QIZIL qazandı
17.05.2017 808 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir qızıl medalını qazanıb.

Məlumata görə, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) taekvando yarışlarında final mərhələsində Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 9:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar