Bu gün İsrailin paytaxtı Tel-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 idmançısı nəyə qadir olduğunu göstərəcək.
Millimizin ən güclülərindən hesab olunan Hidayət Heydərov (73 kq) 1/16 finalda Çarilaos Hadjiadamou (Kipr) ilə qüvvəsini sınayaıb. İdmançımız rəqibinə heç bir şans verməyib. 107 saniyəyə ipponla qalib gələn Heydərov 1/8 finalda belçikalı Lois Demierbe qarşılaşıb. O, bu rəqibini də vaxtından əvvəl tatamidən uzaqlaşdırıb. Hidayət 1/2 finala gedən yolda Akil Qyakova (Kosovo) ilə qüvvəsini sınayıb. Kosovalı cüdoçu da onu saxlaya bilməyib. Heydərov yenə ipponla qalib gəlməklə, yarımfinalda iştirak hüququ qazanıb. O, rusiyalı Ondar Sayanla döyüşüb. Həmyerlimiz şimal qonşumuza da gücünü göstərib və finala vəsiqə qazanıb.
Hidayət Heydərov (73 kq) həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb. Rəqibini ippon fəndi ilə məğlub edən gənc cüdoçumuz Avropa çempionu adını qazanıb.