Azərbaycan çempionları bəlli olub
13.05.2017 937 0.0 0

Azərbaycan Velosiped İdmanı Federasiyası və Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə Xızıda velosiped idmanının şosse növü üzrə Azərbaycan çempionatı keçirilib.

Federasiyadan verilən məlumata görə, yarışda Elit kateqoriyası üzrə yeni ölkə çempionları müəyyənləşib.

Medalları ölkəmizin "Synergy Baku" kontinental komandasının heyətində çıxış edən velosipedçilər qazanıb. 30 km məsafəyə fərdi ötüşmədə Elit yığma komandamzın üzvü, apreldə təşkil olunmuş Mərakeş Turunun 7-ci mərhələsinin qalibi Elçin Əsədov 40 dəqiqə, 50 saniyə göstərici ilə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olub. U-23 yığmamızın üzvləri Elgün Əlizadə və Samir Cəbrayılov qalibdən müvafiq olaraq 2 dəqiqə, 15 saniyə və 2 dəqiqə, 39 saniyə geri qalmaqla 2-3-cü yerləri tutublar.

112 km məsafəyə qrup ötüşməsində isə Elit yığma komandamzın velosipedçisi, “Tour d’Azerbaidjan-2017” veloturunun lider və ən yaxşı dağ velosipedçisi köynəyini qazanmış Kiril Pozdnyakov ən yüksək nəticə göstərib - 3 saat, 2 dəqiqə, 35 saniyə. Fərdi ötüşmədə 2-ci olan Elgün Əlizadə bu növdə də gümüş qazanıb - 3 saat, 4 dəqiqə, 29 saniyə. 2-ci yerin sahibinə cəmi 1 saniyə uduzan U-23 yığmamızın digər üzvü Musa Mikayılzadə isə 3-cülüklə kifayətlənib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar