Azərbaycan çempionatının oyununda valideynlər hakimlərlə dalaşıb
26.11.2021 438 0.0 0

14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” İK İB – “Atletico Baku” oyunu zamanı kütləvi qarşıdurma baş verib.

Məlumata görə, qonaqların icraçı direktoru Xalid Hacıyev komandanın futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar edib. Matç bitdikdən sonra isə "Atletico Baku"nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir edib.

AFFA İntizam Komitəsinin qərarı ilə Hacıyev 6 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Məşqçilər isə 3 oyunluq cəzaya məruz qalıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar