Azərbaycan böyük təhlükədən sovuşdu
08.01.2016 1405 0.0 0

Rusiyanın “Vimpelkom” telekommunikasiya şirkətinin törəməsi “Mobitel” Gürcüstanın internet provayderi “Qafqaz Online”nin aktivlərinin alınması üzrə razılığa gəlib. 

Məlumata görə, bu barədə Gürcüstanın Milli Rabitə Komissiyası məlumat yayıb. 

Məlumata görə, satış barədə ilk dinləmələr fevralın 9-də keçiriləcək. Həmin dinləmələrdən sonra şirkətlərin birləşməsinə dair yekun qərar verilə bilər. Ümumiyyətlə, yekun qərarla bağlı 3 ay vaxt verilir. 

Komissiya "Mobitel"in sorğusuna cavab olaraq işə başlayıb. 

“Qafqaz Online” şirkəti Azərbaycan, Gürcüstan və Ermənistana internet ötürən 1200 km uzunluğunda kabelə nəzarət edir. 

Gürcüstanın Milli Rabitə Komissiyasının sədri Vaxtanq Abaşidze bildirib ki, bu satış razılaşmasına "Qafqaz Online" şirkətinə məxsus magistral şəbəkələr, o cümlədən Avropadan Gürcüstana intenet ötürən kabellərə aid deyil. “Avropadan Qara dənizin dibi ilə çəkilən kabel Gürcüstanla yanaşı Azərbaycanı və Ermənistanı internetlə təmin edir. Bu ötürücünü hazırki şərtlər daxilində satmaq olmaz və kabel "Qafqaz Online”nin mülkiyyətində qalacaq",- deyə Vaxtanq Abaşidze bildirib. Abaşidze bildirib ki, Poti - Varna kabeli də satılmayacaq.

 


Vaxtanq Abaşidze - Gürcüstanın Milli Rabitə Komissiyasının sədri 


Ötən ilin noyabr ayında Gürcüstan mətbuatında "Qafqaz Online” və "VimpelCom" şirkətlərinin birləşdiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı. 

Məlumatada bildirilirdi ki, ilkin məlhələdə şirkətin hissələrinin 5% -i alınacaq. 

 


"Qafqaz Online" şirkətinin internet ötürdüyü dövlətlər


Kabel Qara dənizin dibi ilə 2008-ci ildə "Qafqaz Online" şirkəti tərəfindən çəkilib. Bu kabel vasitəsilə Ermənistan 85%, Azərbaycan 50%, Gürcüstan 55% internetlə təmin edilir. Şirkətlərin razılaşması Rusiyanın Avropanı və Asiyanı bir-birinə bağlayan 1200 kilometr uzunluğunda internet şəbəkəsini nəzarətə alması ilə nəticələnə bilər.

Rusiyanın Gürcüstan, Azərbaycan və Ermənistana internet ötürən kabeli nəzarətdə saxlaması isə ona digər dövlətlərin telefon zəngləri və yazışmalarını nəzarət etməyə imkan verəcəkdi. Rusiya isə hər an bu imkanlardan siyasi məqsədləri üçün istifadə edə bilərdi. Amma "Qafqaz Online”nin adıçəkilən ölkələrə internet ötürən kabeli satmaqdan imtina etməsi Rusiyanın niyyətlərinə mane olur. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar