Azərbaycan Beynəlxalq Energetika Xartiyasına qoşulacaq.
Məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov enerji səmərəliliyi üzrə konfransın yekunları ilə bağlı keçirilən brifinqdə deyib.
Xartiyaya qoşulmaq haqqında müvafiq məktub enerji səmərəliliyi üzrə konfransda Beynəlxalq Energetika Xartiyasının baş katibi Urban Rusnaka təqdim olunub.
P.Şahbazov qeyd edib ki, Azərbaycan 1998-ci ildən Beynəlxalq Energetika Xartiyasının iştirakçısı olub: "2015-ci ilin mayında Beynəlxalq Energetika Xartiyası beynəlxalq status alıb. Azərbaycan Xartiyaya qoşulmaq haqqında qərar qəbul edib və müvafiq məktub cənab Rusnaka təqdim olunub".
Nazir konfransda müzakirə olunan enerjidən səmərəli istifadə haqqında qanun layihəsinin, eləcə də bu sənədin gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb:
"Qanun layihəsi təsdiq olunandan sonra ekspert və müvafiq dövlət qurumları tərəfindən baxılacaq"./Trend/