Azərbaycan «Bakı 2015»də ilk qızıl medalını qazandı
13.06.2015 669 0
Firdovsi Fərzəliyev karate yarışlarını qələbə ilə bitirdi
Bakı 2015 ilk Avropa Oyunlarının 2-ci günündə kişilər arasında keçirilən 60 kq çəki dərəcəsində karate üzrə yarış Azərbaycanın xeyrinə olub.
Belə ki, Bakı Kristal Zal 3-də baş tutan oyunda həmyerlimiz Firdovsi Fərzəliyev qızıl medal əldə edib. O, rəqibi italyan idmançı Luka Mareskanı 4-0 xal hesabı ilə məğlub edib.
Bürünc medalın sahibi Makedoniyanın şərəfini qoruyan Emin Pavlov olub. O, 2-0 xal hesabı ilə serbiyalı idmançı Antik Marko üzərində qələbə qazanıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər