Azərbaycan-Avropa Şurası insan haqları üzrə işçi qrupu ləğv olunub
07.10.2015 503 0
Bu gün Avropa Şurası (AŞ) baş katibi Turbörn Yaqland Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması ilə bağlı qərarını açıqlayıb.
Xəbərə görə, AŞ-nin bu barədə məlumatında qeyd olunur ki, 2014-cü ilin sentyabrından AŞ üzvləri vətəndaş cəmiyyəti və Azərbaycan rəhbərliyi arasında dialoqun canlanması məqsədi ilə Bakıda görüşlərdə iştirak edib.
AŞ bu təşəbbüsə baxmayaraq, insan haqları müdafiəçilərinin həbsi qərarının dəyişmədiyini müşahidə edib.
Məlumatda qeyd olunur ki, Turbörn Yaqland qərarını Nazirlər Komitəsinə açıqlamazdan öncə bu barədə Azərbaycan tərəfini məlumatlandırıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər