Azərbaycan - Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentində müzakirə olunacaq
22.06.2016 515 0.0 0

Azərbaycan-Avropa İttifaqı çərçivə sazişi Avropa Parlamentinin iclasının gündəliyinə salınıb.
 
Qurumun saytına istinadən verilən xəbərə görə, iyulun 4-dən 7-dək Strasburqda Avropa Parlamentinin növbəti plenar sessiyası keçiriləcək.
 
Avropa İttifaqı-Azərbaycan çərçivə sazişi iyulun 6-da müzakirə olunacaq.
 
Qeyd edək ki, rumıniyalı parlamentar Nikolai Norikanın müəllifi olduğu “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənəd iyunun 16-da plenar sessiyada müzakirə olunması üçün Xarici Əlaqələr Komitəsində oxunuşdan keçib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar