Azərbaycan avrokubokların ən uğurlu 10 ölkəsi arasında yer alıb
28.07.2017 784 0.0 0

Avrokubokların cari mövsümünün ən uğurlu ölkələrinin siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk matçlarından sonra zirvədə Kipr qərarlaşıb.

 

 

 

 

 

 

Ada ölkəsinin klubları 3,250 xala sevinib. İsrail 3,000 xalla ikincidi. Danimarkalılar isə ilk “üçlüy”ü qapayır – 2,625.

Azərbaycan da ən yaxşılar arasında yer alıb. “Top-10”da qərarlaşan ölkəmiz 6-cı yerin şəriklərindəndi. 2,375 xal qazanan Azərbaycan Skandinaviya təmsilçiləri İsveç və Norveçlə eyni göstəriciyə malikdi.

 

Avrokubok mövsümün “Top-10”u

1. Kipr – 3,250

2. İsrail – 3,000

3. Danimarka – 2,625

4. Xorvatiya – 2,500

5. İngiltərə - 2,428

6-8. Azərbaycan – 2,375

İsveç – 2,375

Norveç – 2,375

9. Polşa – 2,250

10. Litva – 2,125


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar