Azərbaycan AİB-ə qoşulur?
08.05.2015 719 0.0 0

Moskvada Rusiya prezidenti Vladimir Putinin sədrliyi Avrasiya İttifaqına üzv olan ölkələrin dövlət başçılarının görüşü keçirilib.

Məlumata görə, iclasda Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyünə dair sənədlər imzalanıb. 

İclasda çıxış edən Putin Avrasiya İttifaqının fəaliyyətə başlamasından sonra üzv ölkələrin ticarət həcminin 20 milyard dollar artdığını deyib. 

Onun sözlərinə görə, Avrasiya İttifaqı ölkələri vahid pul-kredit siyasətinə keçməli və iqtisadi artım tempini birgə müəyyən etməlidir. 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə çıxışında qeyd edib ki, İran, Azərbaycan, Hindistan və Monqolustan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir: "Türkiyə ittifaqla ticarət müqaviləsi bağlamaq niyyətindədir. İndiki mərhələdə bizim real potensial tərəfdaşımız Türkiyə ola bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada səfərdə olarkən AİB-lə ticarət müqaviləsi bağlamaq istəyini bildirdi"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar