Aygün Kazımovanın erməni agentlikləri ilə əlaqəsi aşkarlandı
09.03.2016 1310 0
Bu günlərdə “Yeni Müsavat” qəzetində Ermənistanın xüsusi orqanlarının Azərbaycanın şou aləminə nüfuz etmələri barədə yazı dərc olunmuşdu. “Azərbaycanın şou aləmində Ermənistanın xüsusi xidmət orqanlarının agentləri var” başlıqlı yazıda qeyd olunan ehtimallara görə, erməni xüsusi xidmət orqanlarına bağlı olan modelyer çetesi azərbaycanlı iş adamlarının, müxtəlif peşə sahiblərinin yataq səhnələrini gizli çəkib, sonradan onları şantaj ediblər. Rusiyadan, Ukraynadan, Azərbaycandan Türkiyəyə moda yarışmasında iştirak etmək üçün dəvət olunan modelyerlər tədbirlər sonrası seks-köləliyə məcbur ediliblər. Pasportları əllərindən alınan modelyerlər bir neçə min dolların qarşılığında ayrı-ayrı şəxslərə bir gecəlik satılıblar.
Oxucuların istəyini nəzərə alınaraq mövzu davam etdirilir. Məlumdur ki, bu məsələdə şou nümayəndələrindən daha çox adı çəkilən xalq artisti Aygün Kazımovadır. Bu da heç də əsassız deyil. Aygün Kazımova 2002 və 2006- cı illərdə "Best Model of Azerbaijan" müsabiqəsinin təşkilatçısı olub. İki il bundan əvvəl isə Türkiyə mətbuatında xalq artistinin qardaş ölkədə olan mənzilində əxlaqsızlıq yuvası aşkar edildiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilib. O da məlumdur ki, Aygün Kazımova uzun müddət özünü azərbaycanlı kimi təqdim edən, amma əslində Gürcüstan ermənisi olan Ramazzo Roma ilə uzun müddət çalışıb. Əsl adı Ramazzo Ekmalyan olduğu iddia edilən şəxsin bir neçə il bundan əvvəl Azərbaycandan, Rusiyadan və Ukraynadan Türkiyəyə maneken işləmək üçün gətirilən gənc qızların fahişəliyə cəlb etdiyi məlumdur. Bu barədə məlumat İstanbul insan alveri ilə bağlı mübarizə şöbəsinin beynəlxalq immiqrant qaçaqçılığı ilə məşğul olan bir şəbəkəni tutmaq üçün təşkil etdiyi əməliyyat zamanı üzə çıxmışdı. Məlum olmuşdu ki, zaman-zaman Azərbaycanda keçirilən müxtəlif moda tədbirlərində fəxri qonaqlar sırasında yer alan, Roma ləqəbi ilə tanınan Ramazzo hər dəfə moda nümayişindən sonra modellərin pasportlarını əllərindən alıb, onlara Türkiyədə işlələyəcəklərini vəd edirmiş. Daha sonra isə qızlar zorla fahişəliyə cəlb edilirmiş.
Türkiyə mətbuatının yazdığına görə, Ramazzo 2015-ci ildə girov qarşılığında azad edilib. Maraqlıdır ki, qadın alverində adı keçən Ramozzo ötən ilin yanvarında xalq artisti Aygün Kazımovanın doğum günündə fəxri qonaqları arasında idi. Xalq artisti sosial şəbəkələrdə onunla səmimi fotolarını paylaşmışdı. O, stilist dostunu Ramaz Şamanauri kimi təqdim etmişdi.
Bütün bunlarla bağlı xalq artisti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. Onun yaxınlarından biri isə bu məsələnin kimlərsə tərəfindən şişirdildiyini, məlumatların tamamilə əsassız olduğunu dedi. Yaxınının “Necə ola bilər ki, erməni olan şəxs Bakıya gələ bilsin?” sualı bəzi məqamları araşdırmağımıza təkan verdi. Kiçik araşdırmadan məlum oldu ki, 2005-ci ildə Aygün Kazımova Ramazzo Romanı Bakıya dəvət edib. Onunla bərabər Nina adlı qadın da gəlib. H.Əliyev adına beynəlxalq hava limanında onlar saxlanılıb. Saxlanılarkən Ramazzonun bacısı Ninanın çantasından erməni vətəndaşlığını təsdiqləyən sənəd tapılıb və dərhal ona ölkəni tərk etmək üçün 24 saat vaxt verilib. Dərhal hüquq-mühafizə orqanları hərəkətə keçərək onu Gürcüstana deportasiya edib. Lakin onun qardaşı Ramazzo Romanın ikili vətəndaşlığı olduğu üçün o, Gürcüstan vətəndaşlığını təsdiqləyən sənədlə məsələdən yaxa qurtarıb. Ramazzo Roma Ekmalyan və sonralar bacısı Gürcüstan vətəndaşlığı alaraq soyadlarını dəyişdirərək, Şamanauri soyadını götürüblər. Beləcə, 10 ildən sonra Ramazzo Roma asan şəkildə xalq artisti Aygün Kazımovanın doğum günü partisinə qatıla bilib./musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər