Azərbaycanın gömrük qanunvericiliyi kifayət qədər sadələşdirilib.
Məlumata görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev türkiyəli sahibkarların sərhəddə gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.
Onun fikrincə, gömrük orqanları zəruri avadanlıqlarla da təchiz edilib.
A.Əliyev ötən il Azərbaycanın gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurlara da toxunub. O əlavə edib ki, artıq cari ildə Azərbaycan narkotrafikin qarşısının alınması üzrə kifayət qədər böyük işlər görüb:
"Unutmaq olmaz ki, gömrük orqanlarının funksiyası iqtisadi təhlükəsizliyin təmin olunmasından tutmuş ümumi təhlükəsizliyin təmin edilməsinədək genişlənib. Bu planda biz gömrük nəzarətini necə həyata keçirməyi bilirik"./Trend/