Ayda mağara tapıldı - Alimlər araşdırmalara başladı
19.10.2017 829 0.0 0

Ay səthinin tədqiqi ilə məşğul olan Yaponiya alimləri yeniliyə imza atıb. 

TASS agentliyinə istinadən bildirilir ki, ölkənin aerokosmik agentliyi tapıntı barədə rəsmi açıqlama verib. 50 km uzunluğu olan mağara o qədər genişdir ki, mütəxəssislər burda elmi mərkəzin qurulmasını təklif ediblər. Kəşfin “Kaquya” zondu vasitəsilə aşkarlandığını bildirən qurum rəsmiləri yaxın günlərdə şəkillərin ictimaiyyətə təqdim olunacağını bildirir. İlkin ehtimallara görə mağaranın yaranmasına səbəb 3,5 milyard il əvvəl Ayda püskürən vulkandır./atv.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar