Ayaqyolu əvəzinə elektrik paylayıcısına gedən gənci «tok» vurdu
14.07.2015 704 0.0 0

Şəkidə 22 yaşlı gənc səhv addımının qurbanı olub. Məlumata görə, hadisə dünən gecə saat 23 radələrində rayonun Bağbanlar küçəsində qeydə alınıb. 

Adıçəkilən ünvanda yaşayan Cəbiyev Sarvan evlərinin yaxınlığında yerləşən, ətrafi hasarla örtülmüş elektrik paylayıcının içində öz təbii ehtiyacını qarşılamaq istəyib. 

Bu zaman isə elektrik paylayıcısının qapısı açıq olub olub və həmin şəxsi elektrik cərəyanı vurub.

Hadisə yerinə gələn qonşuların köməyi ilə onu ağır vəziyyətdə Şəki Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. 

Onun vəziyyətinin ağır olduğu bildirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar