Azərbaycanda səfərdə olan İranın tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Təzə Pir məscidində namaz qılıb.
ANS TV-nin məlumatına görə, günorta namazından sonra Qafqaz Müsəlmanları İdarəsində keçirilən görüşdə Azərbaycana səfərindən məmnun olduğunu deyən müştəhid, qədim tarixə malik Azərbaycanda olmağından şad olduğunu bildirib:
“Məni bu ölkəyə dəvət etdiklərinə görə, Azərbaycan Prezidentinə, Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. İslam dini bərabərlik dinidir. Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm”.
Görüşün sonunda din xadimi xatirə kitabına öz sözlərini yazıb və Bütün Qafqazın Şeyxinə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Şeyx Hüseyn Nuri Həmədani müstəqillik qazandıqdan sonra Azərbaycana gələn ilk Ayətullah-Uzmadı./anspress/