AXCP sədrinin müşaviri həbs olunub
03.10.2015 622 0.0 0
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbs olunub.

 

Vəkil Yalçın İmanovun  verdiyi məlumata görə, Nərimanov rayon Məhkəməsində M. İbrahimin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, M. İbrahim Mikayıl Quliyev adlı şəxsin şikayəti əsasında həbs olunub. M. Quliyev M. İbrahim tərəfindən döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Bundan sonra M. İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar