Avtoyuma məntəqəsində işçini elektrik cərəyanı vuraraq öldürüb
04.12.2017 938 0
Naftalan şəhərində avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb.
Qazeta.info "Report"a istinadla xəbər verir ki, Xocalı rayonundan olan məcburi köçkün, 1957-ci il təvəllüdlü Elburus İslam oğlu Əliyev avtomobil yuyarkən onu elektrik cərəyanı vurub.
Nəticədə E.Əliyev hadisə yerində ölüb. Onun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə avtoyuma məntəqəsində olan maşınyuyan aparatın nasaz olması səbəbi ilə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər