Rusiyanın ən böyük avtomobil şirkəti olan "AvtoVAZ" 7445 ədəd “Lada Largus” markalı minik avtomobilini geri çağırıb.
məlumata görə, çağırışa səbəb avtomobillərin mühərrikinin soyutma hissəsində məftilin ərimə ehtimalının olmasıdır. Bu çağırış К4М mühərrikli maşınlara aiddir.
Problem yalnız 16 noyabr 2015-ci il tarixindən etibarən istehsal olunan avtomobillərdə yaranıb.
Şirkətin rəsmi məlumatında bildirilir ki, avtomobillərin sahiblərinə telefon vasitəsilə məlumatlar göndərilib. Həmçinin “Lada Largus” markalı avtomobillərin sahibləri təmir işlərinin aparılması üçün şirkətin rəsmi diler mərkəzlərinə yaxınlaşa bilərlər.
Təmir zamanı həmin problem olan detal yenisi ilə əvəzlənəcək.
Geri çağırılan “Lada Largus” avtomobili
Bundan əvvəl "Volkswagen" şirkəti təhlükəsizlik yastıqlarındakı problem səbəbi ilə Rusiyadan 689 avtomobilini geri çağırmışdı. 613 avtomobil şirkətin "Volkswagen Tiguan", 76 avtomobil isə "Audi Q5" modellərinə aid edilib. Bu avtomobillərin istehsalı 2015-2016-cı illərdə həyata keçirilib.
Bu ilin yanvarından isə şirkət Çindən 78 min avtomobili dizayn qüsurlarına görə geri çağırıb./anspress/