Avtovağzalın qarşısındakı yolda çökmə yenidən aktivləşdi-VİDEO
26.11.2015 550 0.0 0

 

“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib”.

 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

 

O bildirib ki, hazırda ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunur: “Çökmə prosesinin dinamikası tam olaraq dayanmayıb”.

 

Baş geoloq əlavə edib ki, çatların genişlənməsi, habelə çökmə prosesinin dinamikasının aktivləşməsi yağışların yağması nəticəsində baş verib: “Ərazidəki torpaq bir qədər çöküb. Ona görə də asfalt müəyyən qədər aşağı düşüb”.

 

Ələmdar Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri davam etdirilir: “Hələlik ərazidə su ötürücü qurğu quraşdırılmayıb. İstinad divarının dayanıqlığı bərpa olunandan sonra su ötürücü qurğu quraşdırılacaq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar