Avtomobil nömrələri ilə bağlı dəyişiklik: Yeni rüsumlar
24.11.2021 423 0.0 0

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

APA TV xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.


Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

Azərbaycanda avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üzrə dövlət rüsumlarının məbləği də dəyişdirilir.

 

Təklifə əsasən, rüsumlar dövlət nömrə nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə müəyyən edilib.

 

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün

- müxtəlif seriya - 1500 manatdan 2000 manata;

- eyni seriya - 2500 manatdan 3000 manata;

 

100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün

- müxtəlif seriya - 1000 manatdan 1500 manata;

- eyni seriya: 1500 manatdan 2000 manata;

 

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün

- müxtəlif seriya: 500 manatdan 1000 manata;

- eyni seriya: 1000 manatdan 1500 manata qaldırılır.

 

Yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə yuxarıda göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə 30 manat rüsum müəyyənləşəcək.

Hazırda isə bu rəqəm 22 manatdır.

 

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar