Avtomobil kanala düşdü, 1 nəfər ölüdü
21.11.2015 892 0.0 0

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Məlumata görə, Füzulu rayon sakini, 1978-ci il təvəllüdlü İbişov Dünyagir Məcnun oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Beyləqan-Daşburun yolunda su kanalına düşüb.

 

Nəticədə D. İbişov boğularaq ölüb. Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Bayramov Mərhəmət Səmərqənd oğlu və 1992-ci il təvəllüdlü Vəliyeva Sərcan Tofiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar