Bu gün səhər saatlarında Heydər Əliyev prospektində, Aeroport yolunda üzü şəhər istiqamətində hərəkət edən sərnişin avtobusu, ”Koroğlu” metrostansiyasına çatmamış tikilməkdə olan Olimpiya kompleksini əhatə edən hasara çırpılıb.
Şəhər Yol Polisi idarəsinin yayılan məlumata görə, 148 saylı xətt üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yüksək sürətlə Olimpiya kompleksini əhatə edən dəmir hasara çırpılıb. Qəzada 6 nəfər ağır yaralanıb 2 nəfər isə həyatını itirib.Ağır bədən xəsarəti alan sərnişinlər xəstəxanaya yerləşdirilib.Sürücü hadisə yerində daha bir sərnişin isə xəstəxanada vəfat edib. Avtobusda olan sərnişinlərdən bir neçəsi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır.