Avstraliyada naməlum varlıq aşkarlanıb.
Bildirək ki, bu barədə "The Sun" məlumat yayıb.
Qeyd edilir ki, müəmmalı varlığı Bruni adasının sakini Raquel Vilyams aşkarlayıb. Qadın canlının fotosunu sosial şəbəkədə paylaşıb.
O, insan beyininə bənzəyir. Ada sakini bildirib ki, o, canlıya toxunanda əli uyuşub.
Qadın əlavə edib ki, bu, onun belə növdən aşkarladığı ilk varlıq deyil.
"Bunun nə olduğunu kimsə mənə deyə bilər? Mən və anam onları çimərlikdə görürük", - deyə o fotonu "Facebook"a paylaşaraq yazıb.
Tasmaniya muzeyinin Bədii Qalereyasının və Onurğasızların Zoologiyasının kuratoru, doktor Saymon Qrouva hesab edir ki, bu varlıq çox güman ki, xordalılar sinfindəndir. Onun sözlərinə görə, heyvan dünya okeanında məskən salıb. Bu növdən olan heyvanlar nəyəsə yapışaraq yaşayırlar.
Bəziləri isə güman edir ki, aşkarlanan naməlum varlıq dəniz lələyidir. /Report/