Avstraliyada nəsli kəsilmiş hesab olunan balıq tapıldı - FOTO
09.11.2019 622 0
Avstraliyanın Viktoriya əyalətindəki göldə nadir cənubi bənövşəyi-xallı qumlaqçı balığı tapılıb.
“Daily Mail”in məlumatına əsasən, əvvəllər bu balıq nəsli kəsilmiş hesab edilirdi.
Presumed extinct in Victoria, the southern purple spotted gudgeon was rediscovered in a lake near Kerang late last month https://t.co/jPG7AKn677
— MurrumbidgeeLTIM (@BidgeeLTIM) 8 ноября 2019 г.
Mütəxəssislər qumlaqçını suvarma sistemi üçün istifadə olunan göllərin bərpası layihəsi çərçivəsində su anbarında tapıblar. Həqiqətən də cənubi bənövşəyi-xallı qumlaqçı olduğunu təsdiqləmək üçün balıqdan DNT nümunələri götürüb. Analiz faktı təsdiq etdiyi təqdirdə, onların populyasiyasını qorumaq və bərpa etmək üçün Dövlət Proqramı hazırlanacaq.
Balıqların bu növü 1998-ci ildə nəsli kəsilmiş elan edilmişdi./oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər