Avropada müsəlmanlara qarşı növbəti təxribat
27.09.2015 612 0.0 0

Danimarkanın paytaxtı Kopenhagendə mövzusu İslam peyğəmbəri həzrəti Muhamməd (əs) olan karikatura sərgisi açılıb. Məlumata görə, sərgi “Danimarkada İslamlaşmanı Dayandır” (SİAD) adlı təşkilat tərəfindən təşkil olunub. SİAD ABŞ-ın Teksas əyalətindən gətirdiyi karikaturaları polis nəzarəti altında və sadəcə mətbuata açıq nümayiş etdirir. 

Məqsədlərinin bu sərginin xalqa nümayiş etdirmək olduğunu deyən SİAD sədri Anders Qravers polisin bu addımını etirazla qarşılayıb. Daha sonra mətbuata açıqlama verən Qravers ölkədə söz azadlığının təhlükədə olduğunu deyib. 

Sərgi boyu 400 polis və xüsusi xidmət orqanı əməkdaşının gücləndirilmiş rejimdə təhlükəsizlik tədbirləri görməsi diqqəti cəlb edib. 

 

Təxribatçı Anders Qravers 

 

Bölgədə SİAD əleyhindəşüarlar səsləndirən 3 qız isəpolisin kəskin müdaxiləsi ilə qarşılaşıb. 

SİAD sərgini açmaq üçün iyun ayından bəri krallıq kitabxanası da daxil olmaqla Kopenhagendə bir çox yerə müraciət edib və etiraz cavabı almışdı. 

Karikaturalar may ayında dərnəyin Amerika şöbəsi olan “Amerikada İslamlaşmağı Dayandır” qrupu tərəfindən Teksas əyalətinin Dallas şəhərində nümayiş olunmuşdu. Sərgi zalına hücum edən silahlı şəxs isə polis tərəfindən zərərsizləşdirilmişdi. 

 


Kopenhagendə sərginin keçirildiyi məkanda təhlükəsizlik tədbiri

Bu ilin yanvar ayında Fransada nəşr olunan “Charlie Hebdo” dərgisi İslam peyğəmbərinin karikaturalarını dərc etdiyi iddiası ilə hücuma məruz qalmış və 10 nəfər qətlə yetirilmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar