Avropa Şurasının baş katibi Gürcüstanda səfərdədir
30.01.2017 691 0.0 0

 Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Gürcüstana rəsmi səfəri başlayıb.
Gürcüstan KİV-inə istinadən xəbər verilir ki, o, yanvarın 29-da ölkəyə səfər edib.
T.Yaqland səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixali Canelidze ilə görüşüb.
Səfərdə 2016-2019-cu illər üzrə Gürcüstanla Avropa Şurası arasında əməkdaşlığa dair “Fəaliyyət proqramı”nın reallaşması müzakirə olunub.
O, Gürcüstan prezidenti Georgi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar