Avropa Oyunlarının Təşkilat Komitəsində gözlənilməz istefa
20.03.2015 743 0.0 0

Avropa Oyunlarının Təşkilat Komitəsində gözlənilməz istefa
Kommunikasiya şöbəsinin rəhbəri işdən çıxdı.

Bakıda keçiriləcək Avropa Oyunlarının başlamasına 85 gün qalmış Kommunikasiya şöbəsinin rəhbəri Uilyam Lui-Mari vəzifəsini tərk edib.
 
Qazeta.info Oxu.Az-a istinadla xəbər verir ki, o, işdən “şəxsi səbəblərlə əlaqədar” çıxıb.
 
“Təəssüf edirəm ki, şəxsi səbəblərə görə BEGOC-un möhtəşəm komandası ilə bu “səyahəti” axıra çatdıra bilməyəcəyəm, - deyə, Lui-Mari Insidethegames-ə bildirib. – Mən şadam ki, Bakıda işləyə bildim və əminəm ki, Avropa oyunları uğurla keçəcək”.
 
Fransızın öz işini tərk etməsi həmkarları üçün çox gözlənilməz olub. Onun yerini Lui-Marinin müavini Kolin Qibson tutub. 

Qibson The Sunday Telegraph və The Daily Mail kimi mətbu orqanlarda idman redaktoru işləyib. Həmçinin o, İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Kriket İttifaqında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar