Avropa onları Azərbaycandan üstün tutdu
19.11.2015 483 0.0 0

Avropa Komissiyası qitə üçün prioritet olan layihələrin (projects of common interest - PCI) siyahısını açıqlayıb.

Məlumata görə, bunun sayəsində həmin layihələrə komissiyanın fondundan maliyyə vəsaiti ayırmaq mümkün olacaq. Eyni zamanda siyahıda qeyd edilən layihələrə müvafiq icazələrin alınmasını da asanlaşdıracaq.

Beləliklə, Avropa Komissiyası 3 layihəyə PCI statusu verib. Bunlar Eastring (Slovakiyadan Bolqarıstana olan qaz kəməri), Tesla (Yunanıstandan Avstriyaya olan qaz xətti), Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz kəmərinin genişləndirilməsini nəzərdə tutan layihələrdir.

 

Eastring (qırmızı zolaq), Tesla (sarı zolaq) layihələrinin xəritəsi


Komissiya "Türk axını"nı prioritet layihə kimi qəbul etməsə də, yuxarıda adları qeyd edilən hər 3 layihənin "Qazprom"la əlaqəsi var. Belə ki, onlar sayəsində "Qazprom"un əsas problemlərindən biri - Ukrayna tranzitindən imtina edilsə də, "Türk axını"nın qazını Balkan ölkələrinə çatdırmaq problemini həll etmək mümkündür.

İndi Balkan ölkələrini qazla "Türk axını"nın ikinci qolunun təmin edəcəyi ehtimal olunur. Həmin xətlə ildə 15,75 milyard kub metr qazın ötürüləcəyi gözlənilir. Yanvarda isə "Qazprom"un rəhbəri Aleksey Miller bildirib ki, şirkət özü layihə üçün qaz xətləri çəkmək niyyətində deyil.

 

Aleksey Miller - "Qazprom"un rəhbəri


Bununla belə, həmin qaz boruları vasitəsilə rus qazının deyil, Qara dəniz ətrafı, Azərbaycan və ya sıxılmış təbii qaz terminallarındakı qazın ötürülməsi nəzərdə tutulub.

Lakin bir sıra Avropa ölkələrini təkcə qazla təminat deyil, tranzit ölkə kimi əldə edilən gəlirlər də maraqlandırır. Məsələn, Cənubi və Mərkəzi Avropa ölkələri, xüsusilə Slovakiya və Bolqarıstan Ukraynadan qaz çatdırılması dayandırıldığı halda tranzit gəlirlərindən məhrum ola bilərlər. Bu səbəbdən də həmin ölkələr bu gəlirləri onlarda saxlaya biləcək layihələrin inkişaf etdirilməsi və reallaşdırılması üçün çalışırlar.

 

Daha bir məqam isə Avropa Komissiyasının prioritet olaraq təsdiqlədiyi layihələrlə bağlıdır. Belə ki, komissiya kifayət qədər yeni layihələri belə qısa zaman ərzində mühüm proyekt kimi qəbul etsə də, uzun müddətdir ki, müzakirə edilən bir sıra layihələr və memorandumlar növbəti dəfə arxa plana atılıb. 

Onların içərisində Komissiya ilə Azərbaycan və Türkmənistan arasında imzalanacaq Transxəzər qaz kəməri haqqında üçtərəfli memorandum, Ukrayna ilə enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum da var.

Məlumat üçün bildirək ki, Transxəzər qaz boru xətti Türkmənistanın Türkmənbaşı şəhərindən başlayacaq və Xəzər dənizinin içərisi ilə keçərək Azərbaycanda Səngəçal terminalına birləşəcək. Xətt buradan Bakı-Tbilisi-Ərzurum boru xəttinə qoşulacaq və Əruzumdan da keçərək Türkmənistanın təbii qazını Mərkəzi Avropaya ötürəcək.

 


Transxəzər qaz boru xətti (açıq qəhvəyi zolaq)./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar