Avropa ölkəsindən ermənipərəst mövqe
22.04.2015 668 0
Daha bir Avropa ölkəsi ermənipərəst mövqe nümayiş etdirib.
Məlumata görə, Avropa Parlamentinin qərarından sonra Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyıb.
Avstriyalı deputatlar Türkiyə parlamentindən də analoji addımı atmağı istəyiblər.
Avstriya parlamentinin yaydığı bəyanatda deyilir: “Türkiyə qaranlıq keçmişinə aydınlıq gətirərərək Osmanlı imperiyasının ermənilərə qarşı soyqırım törətdiyini etiraf etməlidir".
Sənədin müzakirəsi zamanı Avstriyanın da bu "cinayət"də məsuliyyəti olduğu barədə fikirlər səslənib. Belə ki, avstriyalı deputatlar I Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olduqlarından ermənilərə qarşı "soyqırım"da günahlarının olduqlarını deyiblər./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər