Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı təltif edib
21.01.2016 401 0
Avropa Olimpiya Komitəsi (AOK) bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi töhfəyə hörmət əlaməti olaraq “Xidmətlərə görə orden” ilə mükafatlandırıb.
Qazeta.info bildirir ki, bu barədə Trend Avropa Olimpiya Komitəsinə istinadən məlumat verir.
Mehriban Əliyeva mükafatı AOK prezidenti Patrik Hikkidən qəbul edib.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı "Bakı-2015" İlk Avropa Oyunları Təşkilat Komitəsinə rəhbərlik edib, hazırda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədridir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər