Polşanın bir neçə şəhərində etirazlar baş qaldırıb.
ANS TV-nin məlumatına görə, Polşanın bir neçə şəhərində baş tutan etirazların səbəbi isə
Avropaya axın edən miqrantlar olub. Miqrant axınına qarşı aksiyalara Polşanın paytaxtı Varşavada minə yaxın etirazçı toplaşıb.
Varşavanın mərkəzi meydanına toplaşan aksiya iştirakçıları miqrantların ölkədə yerləşdirilməsi planlarına etiraz edib. Etirazçılar “Polşa polşalılarındır!”, “Miqrantlara yox” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları ölkənin baş nazirini miqrantların qəbul edilməsi qərarına etirazlarını bildiriblər.
Bundan əlavə, Katovitse şəhərində 3 mindən çox adam miqrantlar əleyhinə etiraz aksiyasına toplaşıb.
Son aylarda Avropa ölkələrinə axın edən miqrantların qəbul edilməsilə bağlı Avropa Birliyi 120 min nəfərlik kvota elan edib.
Polşa hökuməti 2016 və 2017-ci illərdə 7 min miqrant qəbul edəcəyini bəyan edib./anspress/