Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq - AFİŞA
12.12.2019 583 0.0 0

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, sonuncu - 6-cı turda Azərbaycan təmsilçisi "Qarabağ" Lüksemburq "Düdelanj"ını qəbul edəcək.

A qrupunun digər görüşündə növbəti mərhələyə vəsiqə qazanan iki komanda Kiprin APOEL və İspaniyanın "Sevilya" klubu üz-üzə gələcək.

Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu Belçikada "Gent"in qonağı olacaq. Paşayevin komandası növbəti mərhələ şansını ötən tur itirib.

Türkiyə təmsilçilərindən isə yalnız "Başakşehir" 1/16 final mərhələsinə vəsiqə qazana bilər. İstanbul təmsilçisi bunun üçün Almaniyada "Borussiya"nı (Mönxenqladbax) məğlub etməlidir.

Artıq 13 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bunlar APOEL (Kipr), AZ (Hollandiya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), LASK (Avstriya), "Mançester Yunayted", "Sevilya" (İspaniya), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə) komandalarıdır. Digər 11 vəsiqənin sahibi isə bu gün bəlli olacaq.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

28 noyabr

A qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq)

21:55. APOEL (Kipr) - "Sevilya" (İspaniya)

Xal durumu: "Sevilya" - 15, APOEL - 7, "Qarabağ" - 4, "Düdelanj" - 3.

B qrupu

21:55. "Kopenhagen" (Danimarka) - "Malmö" (İsveç)

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Luqano" (İsveçrə)

Xal durumu: "Kopenhagen" - 9, "Malmö" - 8, "Dinamo" - 6, "Luqano" - 2

C qrupu

21:55. "Bazel" (İsveçrə) - "Trabzonspor" (Türkiyə)

21:55. "Xetafe" (İspaniya) - "Krasnodar" (Rusiya)

Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 9, "Xetafe" - 9, "Trabzonspor" - 1.

D qrupu

21:55. LASK (Avstriya) - "Sportinq" (Portuqaliya)

21:55. PSV (Hollandiya) - "Rusenborq" (Norveç)

Xal durumu: "Sportinq" - 12, LASK - 10, PSV - 7, "Rusenborq" - 0

E qrupu

21:55. ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)

21:55. "Renn" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Seltik" - 13, ÇFR - 9, "Latsio" - 6, "Renn" - 1.

F qrupu

21:55. "Standard" (Belçika) - "Arsenal" (İngiltərə)

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Gimaraynş" (Portuqaliya)

Xal durumu: "Arsenal" - 10, "Ayntraxt" - 9, "Standard" - 7, "Gimaraynş" - 2.

G qrupu

24:00. "Reyncers" (Şotlandiya) - "Yanq Boyz" (İsveçrə)

24:00. "Portu" (Portuqaliya) - "Feyenoord" (Hollandiya)

Xal durumu: "Reyncers" - 8, "Portu" - 7, "Yanq Boyz" - 7, "Feyenoord" - 5.

H qrupu

24:00. "Espanyol" (İspaniya) - MOİK (Moskva, Rusiya)

24:00. Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

Xal durumu: "Espanyol" - 11, "Lüdoqorets" - 7, "Ferentsvaroş" - 6, MOİK - 2

I qrupu

24:00. "Volfsburq" (Almaniya) - "Sent-Etyen" (Fransa)

24:00. "Gent" (Belçika) - "Aleksandriya" (Ukrayna)

Xal durumu: "Gent" - 9, "Volfsburq" - 8. "Sent-Etyen" - 4, "Aleksandriya" - 3.

J qrupu

24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Başakşehir" (Türkiyə)

24:00. "Roma" (İtaliya) - "Volfsberq" (Avstriya)

Xal durumu: "Borussiya" - 8, "Roma" - 8, "Başakşehir" - 7, "Volfsberq" - 4.

K qrupu

24:00. "Vulverhempton" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)

24:00. "Slovan" (Bratislava, Slovakiya) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Braqa" - 11, "Vulverhempton" - 10, "Slovan" - 4, "Beşiktaş" - 3.

L qrupu

24:00. "Mançester Yunayted" (İngiltərə) - AZ (Hollandiya)

24:00. "Partizan" (Serbiya) - "Astana" (Qazaxıstan)

Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 9, "Partizan" - 5, "Astana" - 3.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar