Avropa İttifaqı Ukraynaya 600 milyon avro yardım ayırıb
08.07.2015 589 0
Avropa İttifaqı (Aİ) makromaliyyə yardım proqramı çərçivəsində Ukraynaya 600 milyon ayırıb.
Xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında bildirilir.
Məlumatda qeyd olunub ki, bu, 2015-ci il üçün Aİ tərəfindən göstərilən yardımın ilk tranşdır. Bu il üçün ümumi yardım məbləği isə 1,8 milyard avro təşkil edir. Yardım ölkədə iqtisadiyyatın stabilləşdirilməsi, maliyyə sisteminin şəffaflaşdırması və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə dair lazımi islahatların keçirilməsi üçün ayrılır.
Ukrayna həmçinin Beynəlxalq Valyuta Fondundan (BVF) da maliyyə dəstəyi alır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər