Avropa İttifaqı: Türkiyədə həbs olunanların siyahıları qabaqcadan hazırlanıb
18.07.2016 764 0.0 0

“Türkiyə hərbi çevriliş cəhdindən sonra beynəlxalq hüquqa zidd olaraq repressiyalar həyata keçirir”.
 
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, saxlanılan insanların siyahıları qabaqcadan hazırlanıb: “Bizim qorxduğumuz da bu idi. Mən və Federika Mogerini çevriliş cəhdindən sonra baş verənlərin qanunun aliliyinə dair beynəlxalq standartlara uyğun olacağını gözləyirdik. Müşahidə etdiklərimiz isə göstərir ki, həmin standartlara əməl olunmur”. 
 
Türkiyə hökumətinin baş verənlərdən öz maraqları naminə yararlanıb-yararlanmadığı haqda suala Y. Han belə cavab verib: “Ən azı, bu hazırlıq var idi. Siyahıların hadisələrdən sonra ortaya çıxması göstərir ki, bu məqamdan faydalanmaq üçün qabaqcadan hazırlıq olub”. 
 
Xatırladaq ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, polis, hakim, prokuror həbs edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar