Avropa İttifaqı özünə ordu yaratmaq fikirinə düşdü
07.03.2015 735 0
Avropa İttifaqının öz ordusuna ehtiyacı var.
“Rosbalt”-a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bəyan edib.
Onun sözlərinə görə, ümumavropa silahlı qüvvələri böhran yaşanan dövrlərdə qitənin təhlükəsizlik sahəsində siyasətini möhkəmləndirməyə imkan verəcək. U. fon der Lyayen bu cür layihənin reallaşdırılmasına xeyli vaxt lazım olduğunu bildirib.
Hərbi məsələlərdə milli suverenliyin Avropa Ittifaqına verilməsini məqsədəuyğun hesab edən nazir nümunə qismində Şenqen razılaşması və ümumavropa əmək bazarını misal gətirib.|apa|
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər