Avropa İttifaqı Dağlıq Qarabağda keçirilmiş `referendumu` tanımır - BƏYANAT
03.03.2017 1114 0
ATƏT-in Daimi Şurasının 2 mart 2017-ci ildə keçirilmiş iclasında Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz referendumla əlaqədar bəyanatla çıxış edib.
Məlumata görə, bəyanatda deyilir ki, Avropa İttifaqı 20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş “konstitusiya referendumu”nu tanımır.
"Avropa İttifaqı həmçinin bu “referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. “Referendum”un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir", - deyə bəyanatda vurğulanır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər