Avropa Enerji İttifaqı TAP-la bağlı bəyanat yayıb
10.03.2016 507 0.0 0

Yunanıstan Avropanın və özünün enerji təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atır. Məlumata görə, bu barədə Avropa Enerji İttifaqının bəyanatında qeyd olunur.
 
Bəyanatda Yunanıstan hökumətinin atdığı bir sıra addımlar, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) reallaşmasına verdiyi töhfə yüksək qiymətləndirilir: "Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın tikintisi Yunanıstan və Avropanın qaz təchizatının diversifikasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün həyata keçirilir. Yunanıstan 2020-ci ilə qədər enerji səmərəliliyi hədəfinə nail olacaq".
 
Qeyd edək ki, bəyanat Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin Yunanıstana bu gün baş tutacaq səfərindən öncə yayılıb. Səfər çərçivəsində M. Şevçoviç Yunanıstanın baş naziri Aleksis Çiprasla görüşəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar