Avropa Birliyi Rusiyadakı səfirini geri çağırır
23.03.2018 795 0.0 0

 Avropa Birliyinin liderlərinin danışıqlarından sonra, birliyin Moskvada olan səfiri Markus Edereranı geri çağırmaq qərarı verilib. Buna səbəb QRU-nun keçmiş polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi olub.

Qazeta.info “Report” -a istinadən xəbər verir ki, bunu İsveçin Baş Naziri Brüselldə keçirilən AB liderlərinin görüşündən sonra deyib.

“Biz AB səfirini Rusiyadan geri çağırmaq qərarına gəldik. Bu addım Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb”, - deyə, o bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar