Avropa Birliyi (AB) İŞİD-ə qarşı mübarizədə Bəşər Əsədlə əməkdaşlıq təklifinə qarşı çıxıb.
Məlumata görə, Brüsseldə toplaşan AB xarici işlər nazirlərinin bununla bağlı verdiyi qərarda deyilir ki, Suriyada terror təşkilatı İŞİD-in güclənməsində böyük dəstəyi olan Əsəd rejiminin anti-İŞİD koalisiyası ilə ortaq hərəkət edə bilməyəcək:
"Əsəd rejiminin öz xalqına qarşı qəddarlığı, böyük miqyasda insan haqları pozuntuları və demokratik islahatlara sistematik şəkildə maneə törətməsi İŞİD-in Suriyada inkişafına həddindən artıq dərəcədə kömək etdi. İŞİD, Nusra Cəbhəsi kimi digər terror qruplarının və Suriyada mövcud fərqli dəstələrinin fəaliyyəti daha çox qəddarlıqlarla müşaiyyət olunur. Siyasəti və hərəkətlərinin nəticəsi olaraq Əsəd rejimi İŞİD-lə mübarizədə ortaq ola bilməz".
AB xarici işlər nazirləri Əsəd rejiminin Hələb başda olmaq üzrə hücumlarını artırmasını şiddətlə qınayıb.
Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri verdiyi açıqlamada Əsəd rejimiylə əməkdaşlıq etmək məcburiyyətində olduqlarını bildirmişdi.
Bundan sonra ABŞ Dövlət Departamentinin sözçüsu Mari Harf ABŞ-ın Suriya siyasətində dəyişiklik olmadığını və Bəşər Əsəd ilə birbaşa müzakirə aparacaqlarının gündəmdə olmadığını açıqlamışdı./anspress/