Avqustun 21-də tam Günəş tutulması baş verəcək
14.08.2017 940 0.0 0

 

Avqustun 21-də tam Günəş tutulması baş verəcək. Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. 

Qazeta.info Azərbaycan Milli Elmlər Akademiyasınının məlumatına əsasən bildiirir ki, tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

ru.wikipedia.org saytının məlumatına görə, ilk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar