Avqust ayına olan ümumi hava proqnozu
31.07.2017 1109 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Qazeta.info ETSN-ə əsasən bildirir ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az olacağı ehtimalı var.

 

 

 

 

 

 

 

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 6-8 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 27-30 dərəcə isti (gecələr 20-25, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 6-10 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 32-55 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 25-29 dərəcə isti (gecələr 20-25, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 15-20 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 19-24, gündüzlər 28-33, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 13-116 mm) olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 27-30 dərəcə isti (gecələr 22-27, gündüzlər 32-37, bəzi günlərdə 39-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 6-22 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35, bəzi günlərdə 38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə az (norma 13-83 mm) olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar