ATV kanalı son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir necə nəfərin ATV Xəbərdə yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddialarla bağlı məlumat yayıb.
Qazeta.info bildirir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, telekanal araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb:
"Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib".