Qazeta.info FaktXeber.com-un verdiyi məlumata əsasən bildirir ki, məşhur filosof alim Entoni Flyunun son çıxışı elm aləmini şoka salıb.
Qeyd edək ki, elmi ateizmin əsas dayaqlarından biri olan Flyu on illər boyu Allaha inamın özünü doğrultmadığı barədə kitablar nəşr edib və mühazirələr oxuyub. Lakin son illərdə baş verən bir sıra ixtiralar ateizm müdafiəçisinin öz baxışlarını dəyişməyə məcbur edib. Flyu ictimaiyyət qarşısında çıxış edərək səhv etdiyini bildirib: «Kainat öz-özünə yarana bilməzdi. Belə görünür ki, o, bizim təsəvvür etdiyimizdən daha qüdrətli bir Kimsə tərəfindən yaradılıb».
O, əvvəllər başqa ateistlər kimi uzaq keçmişdə ölü materiyadan sadəcə canlı materiyanın doğulduğuna inandığını deyib: "Lakin DNT molekullarının quruluşları barədə müasir məlumatlar onun öz-özünə yarana bilmədiyini, Kiminsə tərəfindən yaradıldığına şahidlik edir. Molekulun özündə saxladığı genetik kod və informasiyaların ensiklopedik həcmi kor-koranə təsadüfü inkar edir."