Atasını öldürməkdə şübhəli bilinən şəxs tutulub
15.02.2022 538 0
Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanmışdır.
Qazeta.info Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər