Ata ölən qızı ilə şəkil çəkdirdi
26.02.2015 752 0.0 0

Azyaşlı uşaqları olan valideynlərin nəzərinə!

Mobil telefonu elektrik cərəyanına enerji yığmaq üçün qoymaq normaldır,  telefon həmçinin "usb" şnuru ilə də enerji yığır. Ancaq əksəriyyət telefon enerji yığdıqdan sonra belə telefonun şnurunu elektrik cərəyanından ayırmır. Bu da ölümlə nəticlənə bilər.

Qazeta.info tabloid.az-a istinadla bildirir ki, bu gün sosial şəbəkədə 3 yaşlı qız uşağının məhz bu səbəbdən həyatını itirməsi xəbəri yayılıb.

Xəbərdə deyilir ki, ata telefonunu enerji yığmaq üçün elektrik cərəyanına qoşduqdan sonra telefonu USB şnurdan ayırsa da, şnur özü elektrik cərəyanına qoşulu qalıb. 3 yaşlı qızı isə bilmədən USB şnuru ağzına alıb və dünyasını dəyişib.

Ölən qızı ilə şəkil paylaşan ata bütün valideynləri diqqətli olmağa çağırıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar