Ata Abdullayev kassasiya şikayəti verib
28.04.2022 400 0
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə "Report"a onun vəkili Telman Abdıyev bildirib.
O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər