ATƏT sədri Parlament Assambleyasının qış sessiyasında çıxış edəcək
10.02.2017 623 0
ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək.
ATƏT PA-nın saytına istinadən verilən məlumata görə, sessiyanın ilk günü 3 əsas komitənin birgə iclası olacaq.
Sessiyada ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz çıxış edəcək. ATƏT-in baş katibi Lamberta Zaniyerin çıxışı da nəzərdə tutulub. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər