"Bura Avropanın sabitliyi üçün əhəmiyyətli regiondur".
"Siyasi iradə olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür"
Məlumata görə, bunu ATӘT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu deyib: "Münaqişənin yeganə həlli sülhdən keçir. Bütün tərəflərin siyasi iradəsinə ehtiyac var. Bununla bağlı xoş niyyətimi bildirmişəm. Xüsusi nümayəndə və Minsk qrupunun vasitəsi ilə uzunmüddətli həllə nail olacağımıza inanıram. Siyasi iradə olacağı təqdirdə, həll mümkündür. Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar.
Erməni həmkarımla görüşdə bir sıra təşəbbüslər irəli sürəcəyəm. Hesab edirəm ki, Helsinki Yekun Aktının müddəalarına əməl etməli, ikili standartların aradan qaldırılmasına təkan verməliyik"./apa/