ATƏT sədri Bakıya gəldi
31.05.2015 961 0.0 0

O, daha sonra Gürcüstan və Ermənistana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri başlayıb.
 
Məlumata görə, iyunun 1-də onun Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya nümayəndələri ilə görüşləri planlaşdırılıb.
 
Səfərin sonunda xarici işlər naziri ilə birlikdə mətbuat konfransı keçiriləcək.
 
 
ATƏT sədri həmçinin qurumun Bakıdakı layihə-koordinatorluğuna baş çəkəcək.
 
 
ATƏT sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar